Ağdaşda güclü külək bir sıra fəsadlar törədib

Ağdaşda güclü külək bir sıra fəsadlar törədib

”İNFONEWS” xəbər verir.

Ötən gecədən əsməyə başlayan güclü külək Ağdaşda bir sıra fəsadlar törədib. Güclü külək rayonun Heydər Əliyev prospektində bir neçə ağacı kökündən qoparıb. Bundan başqa, adıçəkilən prospektdə iri gövdəli ağac yol kənarında dayanan avtomobilin üzərinə aşaraq onu əzib. Güclü külək rayonda elektrik enerjisinin verilişində də problemlər yaradıb.

Hazırda rayonda küləyin vurduğu ziyanla bağlı araşdırma aparılır, yaranan fəsadların aradan qaldırılması istiqamətində tədbirlər görülür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir