Ağsu sakinləri Ulu Öndərin xatirəsinə həsr olunmuş ağacəkmə aksiyasında fəal iştirak ediblər

Ağsu sakinləri Ulu Öndərin xatirəsinə həsr olunmuş ağacəkmə aksiyasında fəal iştirak ediblər

”İNFONEWS” xəbər verir.

Ağsuda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.

Rayon icra hakimiyyəti tərəfindən təşkil olunan aksiyada ayrı-ayrı idarə və təşkilatlardan təxminən 190 nəfər iştirak edib. Ağac əkini Ağsu seyrəngahında, Qəhrəmanlar kompleksində, Bakı-Şamaxı-Yevlax magistral yolunun şəhərin ərazisindən keçən hissəsinin kənarında, Natəvan və M.Ə.Rəsulzadə küçələrində aparılıb. Aksiya zamanı 700 ağac əkilib. Əkində əsasən yerli şəraitə uyğun ağac şitillərindən istifadə olunub. Belə ki, 300 ədəd Göyrüş, 150 ədəd Çinar, 50 ədəd Eldar şamı və 200 ədəd digər növlərdən olan tinglər əkilib.

Ulu öndər Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edən sakinlər ağacəkmə aksiyasında fəal iştirak ediblər. Əkilən tinglər suvarılıb, mühafizəsi üçün tədbirlər görülüb.

Qeyd edək ki, Ümummilli Liderin əsasını qoyduğu ekoloji siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hazırda ölkəmizdə ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl tədbirlər görülür.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir