Bakı Dövlət Sirki Ulu Öndərin doğum günü münasibətilə ilk premyerasını təqdim edib

Bakı Dövlət Sirki Ulu Öndərin doğum günü münasibətilə ilk premyerasını təqdim edib

”İNFONEWS” xəbər verir.

Bakı Dövlət Sirkinin yeni yaranan orkestri mayın 10-da ulu öndər Heydər Əliyevin doğum günü münasibətilə Zabitlər bağında ilk premyerasını təqdim edib.

Konsertdə milli və xarici musiqiçilərin mahnıları səsləndirilib.

Tamaşaçılar Müslüm Maqomayevin “Azərbaycan” mahnısını, İ.Dunayevskinin “Sirk marşı”nı, “Malaqenya” ispan mahnısını, Santananın “Soul Sacrifice”ni, Pablo Beltran Ruisin “Svey”ini, həmçinin “Rock and Roll” musiqisi dinləyiblər.

Konsert Rauf Hacıyevin “Azərbaycan” mahnısının səsləndirilməsi ilə başa çatıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir