Bu gün “Qeyd” İctimai Birliyi Müasir Azərbaycan dövlətinin qurucusu və banisi, əbədi olaraq ümumxalq sevgisini qazanmış ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə məzarını ziyarət edib.
”İNFONEWS” xəbər verir.
İctimai Birliyin sədri Tural Nurməmmədov bildirib ki, Ümummilli lider Heydər Əliyev həmişə gənclərimizə böyük ümidlər bəsləyir və dəfələrlə qeyd edirdi ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir. Ümummilli liderimiz Heydər Əliyev ölkədə gedən demokratik islahatlara və insan hüquqlarının qorunmasına həmişə diqqət yetirirdi. İctimai-siyasi, mədəni həyatımızın müxtəlif sahələrində sistemli islahatlar aparan böyük öndərimiz bütün bu proseslərdə gənclərin roluna həmişə xüsusi fikir verirdi.Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin əziz xatirəsi ehtiramla anılıb.