Yaponiya, ABŞ və Fransa Kyuşü adasında birgə hərbi təlimlər ki keçirirlər
”İNFONEWS” Azərtac’a istinadən xəbər verir.
Mayın 11-də Yaponiyanın özünümüdafiə qüvvələri Fransa hərbçiləri və ABŞ-ın dəniz piyadaları korpusunun iştirakı ilə birgə hərbi təlimlərə başlayıblar.
Karışıma, Miyazaki və Naqasaki prefekturalarının yerləşdiyi Kyuşü adasında keçirilən təlimlərdə təqribən 200-dən çox hərbçi iştirak edəcək.
Bildirilir ki, təlimlər çərçivəsində Fransanın “Janna d’Ark” yüngül kreyseri Sasebo limanına daxil olacaq. Yaponiya tərəfdən təlimlərdə özünümüdafiə dəniz qüvvələrinin çevik elit amfibiya briqadası da iştirak edəcək. Təlimlərdə ABŞ-ın “MV-22 Osprey” konverteplanlarının iştirakı da nəzərdə tutulur.
Mayın 17-dək davam edəcək təlimlərdə iştirakçı ölkələrin hərbçilərinin bir sıra əməliyyatları, o cümlədən adaya desant çıxarılması əməliyyatını məşq edəcəkləri bildirilir. Yaponiyanın müdafiə naziri Nobuo Kişinin dediyinə görə, birgə təlimlər azad və açıq Hind-Sakit okean regionunun formalaşmasına yardım məqsədi daşıyır.
Qeyd edək ki, Yaponiya özünümüdafiə qüvvələri və ABŞ hərbçiləri artıq üç dəfə Kyuşü adasında belə təlim keçiriblər. Fransız hərbçiləri isə ilk dəfədir ki, bu təlimlərə qatılırlar.