Cəlilabad şəhərində Heydər Əliyevin 98-ci ildönümü münasibəti ilə müsabiqə keçirilib

İNFONEWS” xəbər verirki, 10 may 2021 -ci il tarixində “Texno Tədris” Mərkəzi Ümumilli Lider Heydər Əliyevin 98-ci ildönümü münasibətilə “Heydər Əliyevin həyat və fəaliyyətinə aid sorğu”, “Qarabağ vəsiyyətinin həyata keçirilməsi” mövzusunda esse müsabiqəsi keçirib. Müsabiqədə iştirak edib, qalib olan məktəblilərin təltif olunması mərasimi Yeni Azərbaycan Partiyası (Cəliabad Rayon Təşkilatı) və Cəlilabad rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə keçirilmişdir. Müsabiqədə qalib olan şagirdlər “Texno Tədris Mərkəzi” və Cəlilabad rayon Gənclər və İdman idarəsi tərəfindən qiymətli hədiyyələr və diplomlarla təltif olunublar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir