Sabah ölkə ərazisində hava əsasən yağmursuz olacaq
”İNFONEWS” xəbər verir.
Azərbaycanda mayın 12-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 10-13°, gündüz 18-23° isti, Bakıda gecə 10-12° isti, gündüz 20-22° isti olacaq. Atmosfer təzyiqi 761 millimetr civə sütunu, nisbi rütubət gecə 70-80 , gündüz 45-50 faiz təşkil edəcək.
Mayın 12-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, sürəti saniyədə 5-10 metr təşkil edəcək. Havanın temperaturunun gecə 7-12°, gündüz 22-27° isti, dağlarda gecə 3-8°, gündüz 13-18° isti olacağı ehtimal edilir.
Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, mayın 12-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.