Azərbaycan Dövlət Rəsm Qalereyası “Artinterview” adlı yeni layihəyə başlayıb

İNFONEWS AZƏRTAC-a  istinadən bildirir ki, Azərbaycan Dövlət Rəsm Qalereyası “Artinterview” adlı yeni layihəyə start verir. Layihənin məqsədi incəsənətlə bağlı birbaşa rəssama ünvanlanmış suallar vasitəsilə onların yaradıcılıqları ilə daha yaxından tanış olmaqdır. Layihənin ilk müsahibi Əməkdar rəssam Rəşad Mehdiyevdir. O, 1987-ci ildə Ə.Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini, 1993-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini, 1996-cı ildə Türkiyədə Memar Sinan Universitetini bitirib. Rəşad Mehdiyevin əsərləri milli və Avropa incəsənətinin ənənələrini özünəməxsus şəkildə əks etdirir, fərdi dəst xətti, yaradıcılıq üslubu, Azərbaycan miniatürlərindən götürülən əlvan və parlaq rənglərin zəngin koloriti ilə seçilir.

Rəssamın xarici ölkələrdə 20-dən çox fərdi sərgisi açılıb, bir neçə beynəlxalq simpozium və festivalda iştirak edibdir. Hazırda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının baş müəllimidir, sənətşünaslıq üzrə fəlsəfə doktorudur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir