İNFONEWS AZƏRTAC-a istinadən bildirir ki, Türkiyənin Qaziantep vilayətində yerləşən SANKO Universitet Xəstəxanasında baş verən yanğın nəticəsində ölənlərin sayı 11nəfərə çatıb. Hadisədən sonra xəsarət alan daha üç nəfər müalicə aldığı xəstəxanada həyatını itirib.
Xatırladaq ki, hadisə xəstəxananın reanimasiya şöbəsinin COVID-19 xəstələrinin müalicə aldığı bölmədə baş verib. Yanğına yüksək axınlı oksigen cihazının partlaması səbəb olub.
Xəstəxanada müalicə alan digər xəstələr başqa tibb müəssisələrinə köçürülüblər.
Türkiyənin səhiyyə naziri Fahrettin Koca hadisə baş verən xəstəxanada olub.