Masallıda xeyriyyə aksiyası keçirilib
“İNFONEWS” AZƏRTAC-a istinadən xəbər verir.
Masallı Rayon İcra Hakimiyyətinin dəstəyi, rayon Mərkəzi Xəstəxanası və Bioloji Təbabət Klinikasının birgə təşkilatçılığı ilə Ramazan bayramı münasibətilə aztəminatlı ailələrin uşaqları üçün xeyriyyə aksiyası keçirilib.
Aksiyaya aztəminatlı ailələrin uşaqlarından 26 uşaq cəlb olunub. Onlardan 24-ü Bioloji Təbabət Klinikasında, 2-si isə Masallı Rayon Mərkəzi Xəstəxanasında sünnət olunub.
Aksiya çərçivəsində, həmçinin Bioloji Təbabət Klinikasında daha 18 uşağın sünnət olunması nəzərdə tutulur.