Mayın 16-da ölkə ərazisində havanın temperaturu 35°-yə yüksələcək

Mayın 16-da ölkə ərazisində havanın temperaturu 35°-yə yüksələcək

“İNFONEWS” xəbər verir.

Azərbaycanda mayın 16-na gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 15-20°, gündüz 26-31° isti, Bakıda gecə 18-20°, gündüz 29-31° isti olacaq. Atmosfer təzyiqi norma daxilində – 760 millimetr civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 40-45 faiz təşkil edəcək.

Mayın 16-da Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 15-20°, gündüz 30-35° isti, dağlarda gecə 10-15°, gündüz 21-26° isti olacağı ehtimal edilir.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, mayın 16-da Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir