Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları Vətən müharibəsi zamanı yaralanan hərbi qulluqçumuz Mehtiyev Həsən Rəcəb oğlunu ziyarət edib, ailəsinin sosial vəziyyəti ilə tanış olublar.
İNFONEWS “Qafqazinfo”- istinadən xəbər verir ki, Nazirlikdən “Qafqazinfo”ya bildirilib ki, Həsən müharibəyə getməzdən əvvəl DOST İş Mərkəzi tərəfindən ictimai işə cəlb olunub və əməkhaqqını alıb.
Qaziyə yaxın günlərdə əlillik təyin olunacaq və aylıq təqaüdlə, həmçinin müavinətlə, reabilitasiya vasitələri ilə təmin ediləcək. Saatlı rayonunda yaşayan ailə ilə görüş zamanı qazinin atası və anasının işsiz olduğu müəyyən olunub. Ona görə də və istəkləri nəzərə alınmaqla ailə üçün özünüməşğulluq proqramı çərçivəsində təsərrüfatın yaradılması da qərara alınıb.
Qazinin qardaşı Elgünün mövsümi işdə çalışdığı nəzər alınmaqla və növbəti ildən daimi işlə təmin olunması üçün işlər aparılır.