“Büdcə layihəsi açıqlanana qədər ehtimallarım daha yüksək idi. 80 faiz ehtimal verirdim ki, devalvasiya olacaq. Çünki büdcə xərclərinin əhəmiyyətli dərəcədə artırılacağını gözləyirdim. Büdcə kəsirinin 5-6 milyard manat ərafında olacağını proqnozlaşdırırdım. Amma görünən budur ki, hökumət daha mühafizəkar və ehtiyatlı büdcə layihəsi tərtib elədi və büdcə kəsiri 3 milyard manat ərafında proqnozlaşdı”.
İNFONEWS –BAKU.WS-ə istinadən xəbər verir ki, Bu sözləri BAKU.WS-ə İqtisadçı ekspert Rəşad Həsənov bildirib.
Onun sözlərinə görə, büdcə kəsirinin örtülməsi yollarında faktiki olaraq devalvasiya nəzərdə tutulmur: “Yəni, məzənnə ilə bağlı hər hansı bir addımın atılacağı gözlənilmir. Burada əsas mənbələr xəzinə qalığı, xarici və daxili borclanma, dövlət obyektlərinin özəlləşdirilməsidir.
2021-ci il üçün fiskal siyasətin icrasında yaranan risklərin strukturunda məzənni riskini də görmüş oluruq. Həm neftin qiyməti, həm də məzənnə. Hər şey proqnozlaşdırıldığı kimi icra olunarsa, düşünürəm ki, ciddi bir devalvasiya riski ortaya çıxmayacaq. 2021-ci il büdcə tərtib edilərkən manatın məzənnəsi 1 dollara qarşı 1.7 ilə götürülüb.
Amma hər hansı risk və şoklar ortaya çıxarsa, vəziyyət dəyişə bilər. Məsələn, səhiyyə xərcləri 1,4 milyard manata azaldılıb. 1,7 milyard 2020-ci il üçün gözləniləndir. Bu istiqamətdə hardasa 307 milyon azalmaya gedilib. Ehtimallar ondan ibarətdir ki, pandemiya ilin ikinci yarısına gedib çatmayacaq və risk aradan qalxacaq. Amma pandemiya başa çatmazsa, burada artıq müəyyən risk faktoru formalaşacaq. Risk faktoru təkcə səhiyyə xərclərinin artımı ilə nəticələnməcəyək. Eyni zamanda real sektordan toplanan vergilərin həcminə də təsir göstərəcək.
Digər məsələ neftin qiyməti ilə bağlıdır. Neftin qiyməti əvvəlki layihə ilə müqayisədə 1 barrel üçün 35-dən 40 dollara çatıdırldı. 40 dollar üzərində olması yüksəkdir. Beynəlxalq proqnozlara baxanda da bunu görmək olur.
Amma neft bazarını proqnozlaşdırmaq çox çətindir. Və qiymətlərdə hər hansı kataklizmin yaranması neft sektorundan toplanması nəzərdə tutulan təxminən 1,6 manatlıq vergilərin həcminin azalmasına gətirib çıxara bilər”.