“Qanlı əllərinizlə tarix yazırsınız” – Ərdoğandan Baydenə

“Bu gün ABŞ Prezidenti Co Baydenin İsrailə silah verilməsi ilə bağlı imzasını gördük”.

“İNFONEWS” xəbər verir ki, bunu Nazirlər Kabinetinin iclasından sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Prezident bildirib ki, Baydenin imzası olan sənəd 850 min silahı ehtiva edir:

“Danışanda silahsızlanmadan danışırlar. Cənab Bayden, qondarma “erməni soyqırımı” məsələsində ermənilərin yanında yer aldın.

İndi insanların ölümünə səbəb olan bu hadisədə siz də qanlı əllərinizlə bir tarix yazırsınız. Bunu deməyə bizi məcbur etdiniz”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir