Açıq havada maska qadağası LƏĞV OLUNUR
“Yaxın zamanlarda açıq havada maskadan istifadə ləğv oluna bilər”.
“İNFONEWS” Trend-ə istinadən xəbər verir ki, bunu TƏBİB-in Departament müdiri Yaqut Qarayeva deyib.
Onun sözlərinə görə, bununla bağlı qaydalar hazırlanır:
“Yaxın vaxtlarda maskalarla bağlı bəlli bir qərarlar elan olunacaq. Bu məhz açıq havada maskadan istifadə ilə bağlıdır. Hər kəsə rəsmi məlumatları gözləməyi tövsiyə edirəm”.