Toylarla bağlı ŞAD XƏBƏR – RƏSMİ
“Rəqəmlər bu şəkildə davam edərsə, təhlillər nəticəsində Operativ Qərargah yay aylarının gəlməsi, açıq havada bəlli tədbirlərin keçirilmə imkanı verdiyinə görə, bəlli rəqəmlər çərçivəsində toy mərasimləri və digər tədbirlərin keçirilməsinə icazə veriləcək”.
“İNFONEWS” xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov bildirib.
O əlavə edib ki, bu günə qədər mənfi qəbul etdiyimiz və bəzən şikayət etdiyimiz toy mərasimlərinin keçirildiyi zalların həddindən çox böyük olmasının faydasını istifadə edə bilərik: “Həmin yerlərdə dörddə bir həcmində insanın iştirakı ilə epidemioloji baxımdan heç bir təhlükə yaratmayan vəziyyətin yaranmasına kömək edə bilər”.