Dövlət qulluqçularına aylıq əlavə haqq ödənilməsi qaydası dəyişir
Dövlət qulluqçusuna daimi dövlət qulluğuna qəbul edildiyi vaxtdan başlayaraq qulluq stajına görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada və məbləğə aylıq əlavə haqq ödəniləcək.
“İNFONEWS” APA-ya istinadən xəbər verir ki, bu, “Dövlət qulluğu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Qeyd edək ki, qüvvədə olan qanuna əsasən, dövlət qulluqçusuna qulluq stajına görə xidmətin ikinci ilindən başlayaraq əlavə haqq verilib və həmin haqq qanunvericiliklə müəyyən edilmiş qaydada artırılıb. Haqqın məbləği isə qanunvericiliklə müəyyən edilib.