Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov “The FTX Crypto Cup” turnirinin beşinci turunda qarşılaşacaqlar

Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov “The FTX Crypto Cup” turnirinin beşinci turunda qarşılaşacaqlar

”İNFONEWS” xəbər verir.

Mayın 24-də Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovun da qatıldıqları “Champions Chess Tour” onlayn seriyasının altıncı mərhələsinin – “The FTX Crypto Cup” turnirinin beşinci turunun partiyaları oynanılacaq.

Günün ilk qarşılaşmasında şahmatçılarımız üz-üzə gələcəklər. Sonrakı turlarda Ş.Məmmədyarov ermənistanlı Levon Aronyan, rusiyalı Yan Nepomnyaşi, ABŞ təmsilçisi Uesli So, fransalı Maksim Vaşye-Laqrav ilə mübarizə aparacaq. T.Rəcəbovun növbəti turlarda rəqibləri Y.Nepomnyaşi, U.So, M.Vaşye-Laqrav, A.Piçot olacaq.

Turnirin ilk beş turunda T.Rəcəbov 3 xalla 6-cı, Ş.Məmmədyarov 1,5 xalla 14-cü pillədə qərarlaşıblar.

“The FTX Crypto Cup” turnirinin təsnifat mərhələsində 16 şahmatçı iştirak edir. Üç gün davam edəcək ilkin mərhələnin yekunlarına görə, pley-offda mübarizə aparacaq 8 şahmatçı müəyyənləşəcək.

“Champions Chess Tour” onlayn şahmat seriyası 10 turnirdən ibarətdir.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir