Təhsil Nazirliyi: vətəndaşlar elektron müraciət vasitəsilə videoqəbula yazıla bilərlər

Təhsil Nazirliyi: vətəndaşlar elektron müraciət vasitəsilə videoqəbula yazıla bilərlər

”İNFONEWS” xəbər verir.

Mövcud pandemiya şəraitində Təhsil Nazirliyi tərəfindən vətəndaşların qəbulu məsələsi daim diqqətdə saxlanılır və bu istiqamətdə ardıcıl olaraq təkmilləşdirici tədbirlər görülür. Belə ki, videoqəbulda iştirak etmək istəyən vətəndaşlar elektron müraciət vasitəsilə (https://edu.gov.az/contact_us) Təhsil Nazirliyinin struktur bölmə rəhbərlərinin videoqəbuluna yazıla bilərlər.

Nazirlikdən bildirilib ki, istifadəçilər nazirliyin rəsmi saytının əlaqə hissəsindən elektron müraciət bölməsinə daxil olmaqla və müraciətin mövzusunu “Virtual qəbul” seçməklə videoqəbula yazılmalıdır.

Vətəndaşlara elektron müraciət vasitəsilə Bakı, Sumqayıt, Gəncə, Quba və Lənkəran şəhər (rayon) təhsil şöbələri tərəfindən təşkil edilən videoqəbullara da yazılmaq imkanı yaradılıb.

Qeyd edək ki, videoqəbulların keçirilməsində məqsəd vətəndaşların rahatlığının təmin olunması, onlara göstərilən xidmətlərin şəffaf və keyfiyyətli həyata keçirilməsidir. Bununla yanaşı, Çağrı Mərkəzinin “146-1” nömrəli telefonuna zəng edərək də qəbula yazılmaq mümkündür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir