“Biz bir neçə nazirliyi, xüsusilə də Qarabağda daha çox layihələr həyata keçirən nazirlikləri Gəncə şəhərinə köçürərək bu şəhərdən prosesin idarə olunmasını təmin edə bilərik”.
İNFONEWS xəbər verir ki, bu təklifi bu gün Milli Məclisin keçirilən plenar iclasında millət vəkili Fazil Mustafa irəli sürüb. Onun sözlərinə görə, bu yolla ölkənin ikinci böyük şəhərini daha aktiv vəziyyətə gətirə bilərik:
“Diqqət etsəniz, Rusiyada bir çox qurumlar Moskvadan Sankt-Peterburqa köçürülüb. Türkiyədə də belə bir ənənə var. Ankaradakı bəzi qurumlar öz fəaliyyətini İstanbul və ya bölgələr üzərindən həyata keçirirlər. Bu daha çevik idarətetməni həll edə bilər”.