Hökumət buludu”na keçidlə bağlı müzakirələr davam edir

Hökumət buludu”na keçidlə bağlı müzakirələr davam edir

”İNFONEWS” xəbər verir.

“AzInTelecom” MMC-nin “Azcloud Hökumət Həlləri” layihəsi çərçivəsində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarları ilə təsdiq edilmiş “Hökumət buludu Konsepsiyası” və “Dövlət informasiya sistemlərinin və ehtiyatlarının “Hökumət buludu”na Keçid Planı” üzrə dəyirmi masalar davam edir.

MMC-dən bildirilib ki, bu həftə “Hökumət buludu”na keçid zamanı normativ, maliyyə və texniki məsələlərin müzakirəsi məqsədilə Azərbaycan Metrologiya İnstitutu, Azərbaycan Turizm Bürosu, Gənclər və İdman Nazirliyi, Mədəniyyət Nazirliyi, Hacıqabul Rayon İcra Hakimiyyəti, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və Salyan Rayon İcra Hakimiyyəti nümayəndələri ilə görüşlər təşkil olunub.

Görüşdə “Hökumət buludu Konsepsiyası”na aid resursların daşınması, köçürülmə tarixinin müəyyən edilməsi, fiziki serverlər və digər məsələlər barədə iştirakçıların sualları cavablandırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir