Hacıqabulda “KamAZ” markalı avtomobillə vurulan şəxs həlak olub
”İNFONEWS” xəbər verir.
Hacıqabul şəhəri ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Hacıqabul şəhəri ərazisində velosipedlə yolu keçən rayon sakini Ramal Qəhrəmanov Beyləqan rayon sakini N.Qənimətlinin idarə etdiyi “KamAZ” markalı avtomobillə vurulub.
Xəsarətlə xəstəxanaya yerləşdirilən R.Qəhrəmanovun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə ilə əlaqədar Hacıqabul Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.