Corat qəsəbə sakinindən yarım kiloqramadək marixuana götürülüb

Corat qəsəbə sakinindən yarım kiloqramadək marixuana götürülüb

”İNFONEWS” xəbər verir.

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Corat qəsəbə sakini Ə.Xaliqov Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci polis bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, axtarış zamanı ondan 490 qram marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı rayon polis idarəsi tərəfindən araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir