DİN: Ötən iki gün ərzində törədilən 44 cinayətin üstü “isti izlər”lə açılıb

DİN: Ötən iki gün ərzində törədilən 44 cinayətin üstü “isti izlər”lə açılıb

“İNFONEWS” xəbər verir.

Daxili İşlər Nazirliyi (DİN) mayın 24-nə qeydə alınan cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb.

DİN-in mətbuat xidmətindən  bildiriblər ki, respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilən 44 cinayətin üstünü “isti izlər”lə açıblar.

Əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 37 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 22 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 8 nəfər ölüb, 6 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 22, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyənləşdirib.

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir