Səngəçal qəsəbəsində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər həlak olub

Səngəçal qəsəbəsində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər həlak olub

”İNFONEWS” xəbər verir.

Qaradağ rayonunun Səngəçal qəsəbəsi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, B.Səfərəliyev qəsəbə ərazisində idarə etdiyi “Daimler Chrysler” markalı avtomobili Taleh Muradovun yolun kənarında saxladığı “VAZ-2107” markalı avtomobilinə vurub. Nəticədə T.Muradov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir