Təhsil Nazirliyi: Məktəblilərimiz onlayn beynəlxalq gənclər festivalında qalib olub

Təhsil Nazirliyi: Məktəblilərimiz onlayn beynəlxalq gənclər festivalında qalib olub

”İNFONEWS” xəbər verir.

Qazaxıstanın Almatı şəhərində məktəblilər arasında “IT Stars 2021” II onlayn beynəlxalq gənclər festivalı keçirilib. Festivala Azərbaycan, Qazaxıstan, Rusiya, Belarus və Qırğızıstandan ümumilikdə 420 məktəbli qatılıb.

Təhsil Nazirliyindən bildirilib ki, ölkəmizi yarışmada 25 məktəbli təmsil edib. Onların arasından 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin 4 dərnək üzvü “Proqramlaşdırma”, “Şən və hazırcavablar”, “Kompüterdə sürətli yazı”, “Məni təəccübləndir” nominasiyaları üzrə qalib olub.

Qaliblər təşkilatçılar tərəfindən diplomlarla təltif edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir