“Sənaye 4.0” digər sahələrlə yanaşı, elmin inkişafı üçün də yeni perspektivlər açır

“Sənaye 4.0” digər sahələrlə yanaşı, elmin inkişafı üçün də yeni perspektivlər açır

”İNFONEWS” xəbər verir.

AMEA İnformasiya Texnologiyaları İnstitutunda növbəti onlayn elmi seminar “Science 4.0”ın müasir vəziyyəti, problemləri və perspektivləri” mövzusuna həsr olunub.

Bu barədə  institutdan məlumat verilib. Bildirilib ki, məruzəni şöbə müdiri Təhmasib Fətəliyev təqdim edib. O, sənaye inqilabları ilə elmin qarşılıqlı əlaqəsindən danışıb. Qeyd olunub ki, qabaqcıl elmi-texnoloji nailiyyətlər sənaye inqilablarının əsasını təşkil edir, sənaye inqilabları isə öz növbəsində yeni elmi istiqamətlərin formalaşmasına kömək edir.

T.Fətəliyev elmi-texniki nailiyyətlər, cəmiyyətin təkamülü, elm və sənaye inqilablarından, eləcə də onların cəmiyyətin inkişafına təsirindən söhbət açıb. O, smart tətbiqlər, smart kitabxana, universitet, bina, şəhər, habelə özünü idarə edən laboratoriyaları şəkil və sxemlər əsasında diqqətə çatdırıb.

“Science 4.0”ın formalaşmasının konseptual məsələlərinə nəzər salan məruzəçi bildirib ki, bu konsepsiya çərçivəsində elm korporativ bir mühit kimi qəbul edilir. Onun fiziki infrastrukturunu telekommunikasiya şəbəkələri, verilənlərin emalı mərkəzi, tədqiqat laboratoriyaları, binalar, enerji-istilik-su təminatı, logistika və s. təşkil edir.

Məruzəçi qeyd edib ki, Dördüncü Sənaye İnqilabının “Sənaye 4.0” konsepsiyasında əks olunan texnoloji platforma insan fəaliyyətinin bütün sahələri, o cümlədən elmin inkişafı üçün geniş imkanlar açır.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir