Paracüdoçularımız Bakıdakı Qran-Pridə üç bürünc medal qazanıblar
”İNFONEWS” xəbər verir.
Bakıda keçirilən paracüdo üzrə “IBSA Judo Grand-Prix Baku 2021” beynəlxalq Qran-Pri turnirində Azərbaycan idmançıları üç bürünc medal qazanıblar.
Kişilər arasında Vüqar Şirinli (60 kq), qadınların turnirində Şəhanə Hacıyeva (48 kq) və Bəsti Səfərova (52 kq) yarışın bürünc medalına layiq görülüblər.
Qeyd edək ki, iki paracüdoçumuz – Namiq Abbaslı (66 kq) və Sevda Vəliyeva (57 kq) finalda mübarizə aparacaqlar.
Kişilərin yarışında Azərbaycanı 7 çəki dərəcəsində 9 idmançı təmsil edir. Qadınların yarışında isə 6 çəki dərəcəsində 9 idmançımız mübarizə aparır. Qran-Pridə ümumilikdə 38 ölkədən 200 idmançı medallar uğrunda yarışır.
“IBSA Judo Grand-Prix Baku 2021” Qran-Prisi turniri Tokio Yay Paralimpiya Oyunlarına reytinq xalları qazandırır.