Bu gün də Bakının mərkəzi küçələrində sıxlıqdır

Bu gün də Bakının mərkəzi küçələrində sıxlıqdır

“İNFONEWS” xəbər verir.

Hazırda paytaxtın bir sıra küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Bildirilib ki, sıxlıq olan küçə və prospektlərdə ekspres və müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkətində çətinliklər var. Hərəkət intervalında gecikmələr müşahidə edilir.

Belə ki, Ziya Bünyadov prospekti – 20 yanvar dairəsi istiqamətində Bakı Olimpiya Stadionundan başlayaraq Atatürk prospekti ilə kəsişməyədək, Heydər Əliyev prospekti – Mərkəz istiqamətində əsas və köməkçi yolda sıxlıq var.

Eyni zamanda 8 noyabr prospekti – Mərkəz istiqamətində Ramiz Quliyev küçəsi ilə kəsişmədən Süleyman Əhmədov küçəsi ilə kəsişməyədək, A.Salamzadə küçəsi – Z.Bünyadov prospekti istiqamətində Tbilisi prospekti ilə kəsişmədən körpünün üzərindən başlayaraq tunelədək, Yusif Səfərov küçəsi – Xocalı prospekti ilə kəsişmədən başlayaraq Heydər Əliyev prospekti istiqamətində, Aeroport şossesi – Mərkəz istiqamətində Ramana körpüsündən başlayaraq Sabunçu körpüsünədək, Rəşid Behbudov küçəsi – Zərifə Əliyeva küçəsi ilə kəsişmədən Mərkəzi bankın qarşısınadək, eləcə də Moskva prospekti – 20 yanvar dairəsi istiqamətində Beynəlxalq Avtovağzalın qarşısınadək sıxlıq müşahidə edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir