Təhlükəli və iyrənc trend ölkəmizə də ayaq açıb
“İNFONEWS” xəbər verir.
Bu nə zarafat, nə də gülməli əməl sayılmaz.
Xarici sosial medialarda yayılmış, son günlərin trendi olan – gənclərin marketlərdə məhsulları dadması, yalaması və təkrar alıcı rəfinə qoyması kimi ürəkbulandırıcı “trend” paytaxt marketlərində də yayılmağa başlayıb.
Bu üzdəniraq “trend” pandemiya dövründə olduqca təhlükəlidir. Xahiş edərdik ki, bu məsələ üzrə aidiyyati orqanlar təcili araşdırma aparsın və “zarafatcıl” insanlar məsuliyyətə cəlb edilsinlər.
Qeyd edək ki, ABŞ-da marketdə dondurmanı yalayıb təkrar soyuducuya qoyan qadını 20 il həbs cəzası gözləyir.