“Ehtiyatlı olun, qapılar bağlanır. Növbəti stansiya…”
“İNFONEWS” xəbər verir.
Bu gündən Bakı Metropoliteninin fəaliyyəti bərpa olunur.
Nazirlər Kabinetinin xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə Qərarına əsasən, metroda sərnişin daşınması mayın 31-də saat 06:00-dan başlayaraq həyata keçiriləcək.
“İctimai nəqliyyatda koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstəriş”ə uyğun olaraq, metro stansiyalarında və qatarlarda tibbi maska taxılmalı və sosial məsafə gözlənilməlidir. Tibbi maskadan düzgün istifadə etməyən sərnişinlər qanunvericiliyə müvafiq qaydada inzibati məsuliyyətə cəlb olunacaqlar.
Stansiyaların girişlərində sərnişinlərin tibbi maskadan müvafiq qaydada istifadə etməsi və sərnişinlərin hərarəti yoxlanılacaq. Seçmə qaydada aparılan yoxlama zamanı yüksək hərarəti olan sərnişinlər metropoliten ərazisinə buraxılmayacaq.
Bakı Metropoliteni stansiyalarında fəaliyyət göstərən apteklərə tibbi maska satışı üçün şərait yaradılacaq.