Kürdəmirdə yol qəzası baş verib, xəsarət alanlar var


Kürdəmirdə yol qəzası baş verib, xəsarət alanlar var

”İNFONEWS” xəbər verir.

Kürdəmirdə yol qəzası baş verib, xəsarət alanlar var.

Hadisə bu gün saat 14 radələrində Bakı-Qazax magistral yolunun rayonun Muğanlı kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, iritutumlu “Mercedes” markalı avtomaşınla eyni markalı minik maşını toqquşub. Nəticədə Ağcabədi rayon sakinləri – 38 yaşlı İsmayılov Anar Nərman oğlu və 52 yaşlı Nəsirova Səbirə İsgəndər qızı müxtəlif növ bədən xəsarəti alaraq Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir