Növbəti nəsil “iPhone 13 Pro”nun əsas xüsusiyyəti bəlli olub
”İNFONEWS” xəbər verir.
“iPhone 13” qurğularının bahalı versiyaları yüksəktezlikli görüntü yenilənməsini dəstəkləyən ekranlarla təchiz ediləcək.
“Samsung” şirkəti “Apple” korporasiyası üçün 120 herslik panellərin istehsalı ilə məşğul olacaq. ABŞ-ın texnologiya nəhəngi yeni nəsil “iPhone” üçün on milyonlarla əlavə “OLED” panel sifariş verib. “iPhone 13 Pro” və “13 Pro Max” cihazları LTPO texnologiyası üzrə hazırlanmış 120 herslik ekranlarla təchiz ediləcək.
Yeni nəsil “Apple” smartfonlarının təqdimatı cari ilin sentyabrına gözlənilir.