Milli Məclisin sədri Pakistan televiziyasına müsahibə verib
“İNFONEWS” xəbər verir.
İyunun 1-də Milli Məclisin sədri Sahibə Qafarova İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının İkinci Ümumi Konfransında iştirak edən KİV nümayəndələri ilə görüşüb, Pakistan televiziyasına müsahibə verib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, jurnalistlərin suallarını cavablandıran Azərbaycan parlamentinin sədri tədbirin əhəmiyyətini qeyd edib. Belə mühüm tədbirə ev sahibliyi etdiyinə görə Pakistan tərəfinə minnətdarlığını ifadə edən Sahibə Qafarova deyib ki, bu təşkilat çərçivəsində böyük imkanlar mövcuddur. O, Azərbaycanın Pakistan və Əfqanıstandan sonra İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası üzvlərinin toplaşacağı üçüncü ölkə olacağını da bildirib.