Nəriman Nərimanovun Tbilisidəki Xatirə Ev Muzeyində Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunub
”İNFONEWS” xəbər verir.
Nəriman Nərimanovun Tbilisidəki Xatirə Ev Muzeyində 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir təşkil olunub.
Əvvəlcə uşaqlara N.Nərimanov haqqında məlumat verilib və uşaqlar Ev Muzeyinə baxıblar.
Sonra uşaqlar üçün müxtəlif oyun və bilik yarışmaları təşkil edilib. Azərbaycanlı, gürcü və digər millətlərdən olan uşaqlara əyləncəli proqram təqdim olunub. Fərqlənən uşaqlara hədiyyələr, o cümlədən N.Nərimanovun gürcü dilinə tərcümə olunmuş “Seçilmiş əsərləri” təqdim edilib.