Çində qasırğa 1 nəfərin ölümünə, 16 nəfərin yaralanmasına səbəb olub
”İNFONEWS” AZƏRTAC’a istinadən xəbər verir.
Çinin Heyloncian vilayətində iyunun 1-də axşam saatlarında baş vermiş qasırğa nəticəsində 1 nəfər ölüb, 16 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Dolu ilə müşayiət olunan qasırğa Şanci şəhərində 146 evin, o cümlədən fermer təsərrüfatının, kiçik istehsal sahələrinin dağılmasına səbəb olub. Ərazidən 250-ə yaxın sakin təxliyə edilib.
Ümumi maddi ziyan 5,12 milyon yuan (təxminən 802 min ABŞ dolları) qiymətləndirilir.