İndi də həmin yolu gedirəm, amma müəllim kimi…
“İNFONEWS” xəbər verir.
Uşaqların gələcək istiqbalı naminə bizlər – gözəl Yardımlı torpağının fədakar müəllimləri bütün bilik və bacarıqlarımızı səfərbər edərək yorulmadan çalışır, şagirdlərimizin gələcək uğurlarına dəstəyimizi əsirgəmirik.
Bunu Yardımlı rayon Horavar və Əfcadülan kənd tam orta məktəbin gənc fizika müəllimi Nurlan Hüseynzadə “İNFONEWS” -a müsahibəsində deyib.
Dünən ölkədə 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü qeyd edildi. Balacaların bu bayramı bölgələrdə də qoşqu ilə keçirilib.
Nurlan Hüseynzadə: Yaşayış şəraiti relyefinin çətin, dağlıq olmasına baxmayaraq, saf, təmiz, gözəl qəlbli insanları ilə seçilən ölkəmizin əsrarəngiz guşələrindən olan Yardımlımızın övladlarına təhsil vermək yolunda atdığımız hər addımın mükafatı onların Vətənimizə layiqli, savadlı, vətənpərvər insanlar olacaqlarına inamımızdır.
Bir vaxtlar ali məktəbdə oxumaq, müəllim olmaq məqsədi ilə kəndimizdən 4 km-lik məsafəsi olan yolu hazırlığa piyada gedirdim, indi də həmin yolu gedirəm, amma müəllim kimi…
“İNFONEWS”: Nurlan müəllim, şagirdlərinizə nə deyərdiniz?
Nurlan Hüseynzadə: Fürsətdən istifadə edib deyərdim ki, ən böyük addımlar, ən kiçik addımlardan başlar, yetər ki, doğru yolla addımlayasınız, əziz və çox sevimli şagirdlərimiz! Sizin sevginizdir bizi həyata bağlayan. Bayramınız mübarək olsun, bizim kiçik fidanlarımız! Sizləri ən uca zirvələrdə görmək, hədəfinizə doğru inamla addımlamağınız arzusu ilə….
Hamınızı çox sevirik!!!
“İNFONEWS” komandası olaraq, gənc müəllim Nurlan Hüseynzadəyə gördüyü işlərdə, fədakar fəaliyyətində uğurlar diləyirik.