Boğazına ip keçirib, əli bağlı tövlədə saxlanılan ahıl qadın
Yoxsa “cənnətin anaların ayağı altında olduğunu” unudanlara lənət
“İNFONEWS” xəbər verir.
Dünəndən sosial şəbəkələrdən hamının izlədiyi və müzakirəyə çıxartdığı video olduqca ürəkağrıdıcıdır.
Söhbət Gədəbəydə ahıl qadına edilən şiddət və işgəncəyə məruz qaldığı videodan gedir.
Bu görüntüləri “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə yayıb.
Görüntülərdə qeyd edilir ki, 85 yaşlı Səkinə adlı qadın Gədəbəy rayonunun İvanovka kəndində tövlədə boğazı və əlləri bağlı vəziyyətdə saxlanılır.
Məlum olub ki, yaşlı qadın Qəzənfər adlı şəxs tərəfindən incidilib, şiddətə və işgəncəyə məruz qalır.
Məsələ ilə bağlı Daxili işlər Nazirliyi ilə əlaqə saxlanılıb.
DİN-in mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov video ilə bağlı müvafiq araşdırma aparılırmasını və nəticəsi barədə tezliklə məlumat veriləcəyini söyləyib.