Tərtərə dəymiş ziyan tam müəyyənləşib “İNFONEWS” “Trend” -ə istinadən xəbər verir. İkinci Qarabağ Müharibəsi ərzində Ermənistan…
44 günlük Vətən müharibəsi
İlham Əliyev: “Ermənistan ordusu yoxdur, dağılıb”
İlham Əliyev: “Ermənistan ordusu yoxdur, dağılıb” “İNFONEWS” xəbər verir. Bu, eyni zamanda, ona görə önəmlidir ki, bu…
Tarix Muzeyinin Vətən müharibəsi fondunda şəhid Xudayar Yusifzadəyə aid hərbi geyim qorunur
Tarix Muzeyinin Vətən müharibəsi fondunda şəhid Xudayar Yusifzadəyə aid hərbi geyim qorunur “İNFONEWS” xəbər verir. Milli…
Ukrayna parlamenti Vətən müharibəsi dövründə Azərbaycanın haqlı mövqeyini sonadək dəstəklədi
Ukrayna parlamenti Vətən müharibəsi dövründə Azərbaycanın haqlı mövqeyini sonadək dəstəklədi
“İNFONEWS” AZƏRTAC -a istinadən xəbər verir.
Ukrayna dövləti, xüsusilə bu ölkənin parlamenti 44 günlük Vətən müharibəsində Azərbaycanın haqlı mövqeyini sonadək dəstəklədi.
Bu fikri Ukrayna Ali Radasının sədrinin birinci müavini Ruslan Stefançukla görüşündə Azərbaycanın bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri Elmira Axundova söyləyib.
Göstərdikləri ədalətli dəstəyə görə Ukrayna parlamentinin rəhbərliyinə təşəkkürünü bildirən Elmira Axundova qeyd edib ki, Ruslan Stefançuk müharibənin ilk günündə beynəlxalq hüquq prinsiplərinə uyğun olaraq Azərbaycanın haqlı işini müdafiə edən bəyanat verib. Bu bəyanat Azərbaycanda rəğbətlə qarşılanıb.
Azərbaycan-Ukrayna parlamentlərarası dostluq qrupunun həmsədrləri Valeri Kolyux, Vladimir Kreydenko, qrupun üzvləri, həmçinin AŞPA-nın ukraynalı vitse-prezidenti Aleksandr Merejko 44 günlük Vətən müharibəsində Azərbaycanın yanında oldular, ölkəmizin haqq, ədalət mübarizəsini müdafiə etdilər.
– deyə səfir bildirib.
Səfir, həmçinin qeyd edib ki, artıq bir neçə ölkə Azərbaycanın işğaldan azad olunan ərazilərinin bərpası və yenidən qurulması işində iştirak niyyətlərini açıqlayıb.
“Ümid edirik ki, Ukrayna dövləti də bu işdə yaxından iştirak edəcək”, – deyə səfir vurğulayıb.
Azərbaycanın Ukraynanın strateji tərəfdaşı olduğunu xatırladan Ruslan Stefançuk öz növbəsində bildirib ki, iki ölkənin parlamentləri arasında da sıx, səmimi və dostluq münasibətləri mövcuddur. Bu münasibətlər getdikcə daha da inkişaf etdirilməlidir. Bu il ərzində qarşılıqlı səfərlərin həyata keçirilməsi olduqca önəmlidir. Ukrayna Prezidenti Vladimir Zelenskinin Ali Radada qanunvericilik məsələləri üzrə xüsusi nümayəndəsi olduğunu xatırladan Ruslan Stefançuk görüşdə səsləndirilən təklifləri Prezident Ofisinə təqdim edəcəyini söyləyib.
Ermənilərin raket atəşlərinin dağıdığı Gəncə məktəblərində tədrisin davamı haqqında açıqlama
Ermənilərin raket atəşlərinin dağıdığı Gəncə məktəblərində tədrisin davamı haqqında açıqlama “İNFONEWS” “Trend” -ə istinadən xəbər verir.…
Vətən müharibəsində rayon və şəhərlərə 30 minə yaxın mərmi atılıb
“İNFONEWS” xəbər verir. Erməni vəhşiliklərinin dünya dövlətlərinin hüquq mühafizə orqanlarına və aidiyyəti beynəlxalq təşkilatların diqqətinə çatdırılması…
“Jewish News Syndicate” agentliyi Qələbədən sonra azərbaycanlıların Qarabağa qayıdışından bəhs edən məqalə yayıb
İNFONEWS xəbər verir ki, “Jewish News Syndicate” agentliyi Vətən müharibəsindəki tarixi Zəfərdən sonra azərbaycanlıların doğma yurdlarına qayıdışından…
Xanlar Vəliyev: “Zəfər paradı Ali Baş Komandanın sarsılmaz qətiyyətini bir daha dünyaya göstərdi”
İNFONEWS “Trend”-in məlumatına istinadən xəbər verir. 44 günlük Vətən müharibəsindən sonra Bakıda keçirilən qələbə paradı Azərbaycan…