Nərgiz Qurbanova Polşaya səfir təyin edilib

İNFONEWS xəbər verir ki, Prezident İlham Əliyev Nərgiz Qurbanovanın Azərbaycan Respublikasının Polşa Respublikasında fövqəladə və səlahiyyətli səfiri…

Rusiya FHN Ağdamda minaları təmizləyəcək

İNFONEWS xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin pirotexnikləri işğaldan azad edilmiş ərazilərdə minalardan təmizləmə işlərinin…

Rumıniya Cənub Qaz Dəhlizinin tərkib hissəsi olmaq niyyətindədir

İNFONEWS “Trend”-ə istinadən xəbər verir ki, Rumıniyanın İqtisadiyyat, Energetika və Biznes Mühiti Nazirliyinin məlumatına görə, Türkmənistan…

Azərbaycan peyk xidmətlərinin ixracından əldə olunan gəliri artırır

İNFONEWS “Trend”-in məlumatına istinadən xəbər verir ki, Azərbaycanın “Azərkosmos” ASC-nin 2020-ci ilin yanvar-noyabr aylarında peyk və…

Prezident İlham Əliyev Rusiya Federasiyası Hökumətinin sədr müavini ilə görüşüb

İNFONEWS xəbər verir ki, yanvarın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə ölkəmizdə səfərdə olan Rusiya…

General-mayor Polad Həşimovun xatirəsi yad edilib

İNFONEWS xəbər verir ki, yanvarın 2-də Müdafiə Nazirliyinin bir qrup zabiti, Vətən müharibəsinin iştirakçıları, eləcə də…

Goranboyda əsgər ailəsi üçün heyvandarlıq təsərrüfatı yaradılır (FOTO)

Goranboy rayonu, Xoylu kənd sakini Həsənov Vüsal Elbrus oğlu ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak edən…

 

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə aztəminatlı və digər həssas qruplardan olan ailələrə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə sovqatların çatdırılmasına başlanılıb.

 

Heydər Əliyev Fondunun və “Regional İnkişaf” İctimai Birliyinin həyata keçirdiyi aksiya respublika üzrə 100 minədək ailəni əhatə edəcək. Bura aztəminatlı ailələrlə yanaşı, sağlamlıq imkanları məhdud uşaqlar, 5 və daha artıq uşaqlı, Ermənistanın hərbi təcavüzü zamanı dəymiş zərərlər nəticəsində evlərini tərk edən ailələr daxildir.

 

Fondun rəsmi saytında yayımlanan xəbərə görə ərzaq məhsullarından ibarət sovqatların vətəndaşlara çatdırılması mövcud karantin rejiminin tələblərinə əməl olunmaqla, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə həyata keçirilir. “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri aksiyanın həyata keçirilməsində yaxından iştirak edirlər.

 

Sovqatların paylanılması dekabrın sonunadək davam edəcək.

 

Qeyd edək ki, aztəminatlı ailələri və xüsusi qayğıya ehtiyacı olan şəxsləri daim diqqətdə saxlayan Heydər Əliyev Fondu onlarla bağlı mütəmadi  olaraq müxtəlif layihələr həyata keçirir. İndiyədək respublika üzrə sosial yardım alan ailələrə Yeni il, Novruz və Ramazan bayramlarında sovqatlar çatdırılıb, sosial yardıma ehtiyacı olan minlərlə şəxs üçün bayram süfrələri təşkil edilib, hədiyyələr verilib. Eləcə də yeni növ koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə elan olunmuş xüsusi karantin rejimi dövründə evdən çıxması qadağan edilən yaşı 65-dən yuxarı tənha yaşayan şəxslərə və “Biz birlikdə güclüyük” layihəsi çərçivəsində aztəminatlı ailələrə ərzaq payları çatdırılıb.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə ailələrə çatdırılan bayram sovqatı qutusuna aşağıdakılar daxildir:

 

s/s Məhsulun adı Miqdar (ədəd)
1 Çay (“Azərçay” və ya “Final”, 800 qr) 1
2 Qənd (“Azərşəkər” və ya“Gülüm”, 800 qr) 2
3 Şəkər tozu (“Richmond”, ”Azərşəkər” və ya “Evim”, 800 qr) 2
4 Düyü (“Richmond” və ya “Domaşneye”, 800 qr) 3
5 Bulqur (“Mizzo”, 800 qr) 1
6 Makaron (“Karmen”, “Doymak”, “Makara” və ya “Nova mak”) 2 kq
7 Vermişel (“Karmen”, “Doymak”, “Makara” və ya “Nova mak”) 2 kq
8 Mərcimək (“Mizzo”, 800 qr) 1
9 Günəbaxan yağı (“Evim”, “Final və ya Yurdum”, 1 lt) 1
10 Əridilmiş yağ (“Ana bala”, 1.745 kq) 1
11 Un (“Karmen”,“Doymak”, “Oman” və ya “Fellini”) 3 kq
12 Tomat pastası (“Blendo”, 275 qr) 1
13 Duz (“Salute”, 1 kq) 1
14 Konfet (“Karamel-ka”, “Estella”, “Assorti” və ya “Kometa”, 1 kq) 1
15. Toyuq (“Mərcan”, “Giləzi”, “Lebro”, “Siyəzən”, “Şəfa” və ya “Dəvəçi toyuqları”, 1.2-1.4 kq) 2

 

#HeydərƏliyevFondu #Sovqat #Yardımlar #Pandemiya

Prezident İlham Əliyev: “Azərbaycan pandemiyaya qarşı qlobal müstəvidə də fəal rol oynayır”

İNFONEWS AZƏRTAC-a istinadən Azərbaycan pandemiya dövründə də iqtisadi sahədə yaxşı nəticələr göstərir. Təkcə onu demək kifayətdir…

Azərbaycan-Rusiya sərhədi martın 1-dək bağlı qalacaq

Azərbaycanda və Rusiyada koronavirusa yoluxanların sayında artım səbəbindən Azərbaycan–Rusiya quru dövlət sərhədi 2021-ci il martın 1-dək…