“İNFONEWS.AZ” xəbər verir.
Təhsil naziri Emin Əmrullayev DİM sədri Məleykə Abbaszadənin bəzi açıqlamalarına ETİRAZ edib.
“Bəzi hallarda DİM-in statistikası aldadıcı olur. Məsələn, Bakı məktəblərindən birinin heç bir məzununun ali məktəbə qəbul olmadığı bildirilmişdi. Halbuki həmin məktəb yəhudi icmasına məxsusdur və bu məktəbin məzunları Azərbaycanda ali təhsil almırlar.”
“DİM sual kitabçasını boş qaytaran şagirdləri də oxuyub-yaza bilməyən kimi təqdim edir. Məsələn, əqli qüsurlu şagird xüsusi təhsil müəssisəsində təhsil almalıdır. Ancaq kiçik kəndlərdə belə bir məktəb yoxdur. Nəticədə əqli qüsurlu şagird digərləri ilə eyni məktəbə gedir. Bundan başqa, şagird uzun müddət təhsildən yayınır və yalnız attestat almaq üçün imtahana gəlir. Ona görə də belə nəticə ortaya çıxır.”