MDU-da “Karyera Mərkəzinin yaradılması və inkişafı” layihəsi çərçivəsində təlimlərə start verilib

26 dekabr 2020-ci il tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) tərəfindən maliyyələşdirilən…

Yurgen Klopp: “Liverpul”dan ayrılmağın yeganə səbəbi pis hava şəraiti ola bilər”

İNFONEWS Goal.com saytının yaydığı məlumata əsasən xəbər verir. “Liverpul”un baş məşqçisi Yurgen Klopp misirli hücumçu Məhəmməd…

“WhatsApp” yeni ildən bəzi telefonlarda işləməyəcək

İNFONEWS  xarici KİV-ə istinadən xəbər verir ki, gələn ilin yanvar ayının 1-dən etibarən “WhatsApp” messenceri köhnə…

Goranboyda əsgər ailəsi üçün heyvandarlıq təsərrüfatı yaradılır (FOTO)

Goranboy rayonu, Xoylu kənd sakini Həsənov Vüsal Elbrus oğlu ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak edən…

Prezident İlham Əliyev Gürcüstan Baş nazirini təbrik edib

Prezident İlham Əliyev Gürcüstan Baş naziri Giorgi Qaxariyaya təbrik məktubu göndərib. Trend-in məlumatına görə, məktubda deyilir:…

Bitkoinin qiyməti 26 min dolları keçdi

Dünyanın ən populyar kriptovalyutası olan bitkoinin qiyməti 26 min dollar həddini keçib. Trend-in məlumatına görə, bitkoinin…

Moskvada koronavirusdan daha 73 nəfər ölüb

Rusiyanın paytaxtı Moskvada ötən sutka ərzində yeni növ koronavirusdan 73 nəfər ölüb. Trend-in məlumatına görə, bu…

Afrikada koronavirusa yoluxanların sayı 2,62 milyon nəfəri ötüb

Afrikada yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 2 623 086 nəfərə çatıb. Trend-in “Sinxua”ya istinadən verdiyi…

Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2020-ci il tarixli Sərəncamı 

  “Kimya sənayesi müəssisələrinin və təşkilatlarının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 22 mart tarixli…

26 dekabr 2020-ci il tarixində Mingəçevir Dövlət Universitetində (MDU) “İcbari tibbi sığorta” və “Daşınmaz əmlakın icbari sığortası” mövzularında dəyirmi masa keçirilib.

MDU-nun İctimaiyyətlə əlaqələr şöbəsindən aldığımız məlumata görə “Microsoft Teams” platforması üzərindən online formatda keçirilən dəyirmi masanı giriş sözü ilə açan  MDU-nun elmi işlər üzrə prorektor əvəzi, professor Veysəl Əyyubov ilk növbədə, konfrans iştirakçılarına rektor Şahin Bayramovun salamlarını, müzəffər Ali Baş Komandanımızın rəhbərliyi və rəşadətli Azərbaycan Ordusunun qüdrəti sayəsində 44 günlük Vətən müharibəsində əldə olunan şanlı qələbə münasibətilə təbrikini çatdırıb.

Dəyirmi masanın aktual mövzulara həsr edildiyini qeyd edən V.Əyyubov ölkədə icbari tibbi sığortanın və daşınmaz əmlakın icbari sığortasının tətbiqi istiqamətində görülən işlərdən və qarşıda dayanan vəzifələrdən danışıb.

MDU-nun İqtisadiyyat kafedrasının baş müəllimi Arif Tağıyev “İcbari tibbi sığorta” mövzusunda, Azərbaycan Xalq Sığorta Şirkətinin satış üzrə agenti Fərid Abuşov “Daşınmaz əmlakın icbari sığortası” mövzusunda çıxış ediblər. Məruzələrdə Azərbaycanda icbari tibbi sığortanın və daşınmaz əmlakın icbari sığortasının tətbiqinin zəruriliyi və əhəmiyyəti, mövcud vəziyyət və problemlər, pilot layihədən əldə edilən nəticələr və beynəlxalq təcrübə, pandemiya şəraitinin doğurduğu çətinliklər, sığorta tarifinin əlçatanlığı, sığorta biznesinin davamlı inkişaf şərtləri və digər məsələlərdən bəhs edilib.

Sonra Azərbaycan Dövlət Sığorta Şirkətinin Mingəçevir şəhər filialının direktoru Nazim Səfərov, Azərbaycan Sənaye Sığorta Şirkətinin qəza meneceri Elməddin Nağıyev çıxış edərək Azərbaycanda sığorta işi sahəsində mövcud normativ-hüquqi aktlar, sığortanın insanların sosial müdafiəsi baxımından əhəmiyyəti barədə ətraflı məlumat verib, sığorta işinin praktiki aspektlərinə dair fikirlərini bölüşüblər.

Maraqlı müzakirələr şəraitində keçən dəyirmi masada iştirakçıların mövzularla bağlı sualları ətraflı cavablandırılıb.

Qeyd edək ki, MDU-da sənaye nümayəndələrinin fəal iştirakı ilə ölkə və region iqtisadiyyatının aktual problemlərinə həsr olunan elmi konfranslar, seminarlar və dəyirmi masaların keçirilməsinə xüsusi önəm verilir.