İNFONEWS-da olan məlumata görə, 2020-ci ildə dünyanı bürüyən koronavirus pandemiyası, işğalçı Ermənistanın Azərbaycan Respublikasının Tovuz rayonu istiqamətindəki dövlət sərhəddində törətdiyi təxribat və xalqımızın möhtəşəm zəfəri ilə başa çatan 44 günlük Qarabağ müharibəsi Azərbaycan diasporu üçün də sınaq dövrü olub. Müzəffər Ali Baş Komandan, Azərbaycan Prezidenti cənab İlham Əliyevə və ölkəmizə hər zaman dəstək nümayiş etdirən, həqiqətlərin dünya ictimaiyyətinə çardırılmasında böyük səylər göstərən Azərbaycan diasporu bu sınaqdan uğurla çıxıb.
Bütün bunları nəzərə alaraq, Diasporla İş üzrə Dövlət Komitəsi “Dünya azərbaycanlılarının həmrəyliyi günü” münasibətilə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətindəki fəaliyyətlərinə, eləcə də 2020-ci ildə diaspor quruculuğu işində xüsusi fəallıqlarına görə 273 nəfəri təşəkkürnamə ilə təltif edib.
Komitədən verilən məlumata görə, təltif olunanalar arasında müxtəlif ölkələrdəki diaspor təşkilatlarının təmsilçiləri, diaspor üzvləri, Azərbaycandakı icmaların nümayəndələri və jurnalistlər var.