“Bütün şəhərlərimizin baş planları hazırlanır” “İNFONEWS” xəbər verir. Zəngilan rayonuna gəlmişik. Yolumuz Laçın rayonunadır. Yol boyunca…
Siyasət
İlham Əliyev: “Ermənistan ordusu yoxdur, dağılıb”
İlham Əliyev: “Ermənistan ordusu yoxdur, dağılıb” “İNFONEWS” xəbər verir. Bu, eyni zamanda, ona görə önəmlidir ki, bu…
Zəngilanda “ağıllı kənd” layihəsinə start verilir
Zəngilanda “ağıllı kənd” layihəsinə start verilir “İNFONEWS” xəbər verir. Zəngilan rayonunda birinci “ağıllı kənd” layihəsi icra…
Prezident İlham Əliyev Laçında Azərbaycan bayrağını qaldırıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva fevralın 14-də Füzuli,…
Sülhməramlılar Ağdərədə hərbi təlim keçiblər
Sülhməramlılar Ağdərədə hərbi təlim keçiblər “İNFONEWS” xəbər verir. Rusiya sülhməramlı kontingentinin minaatan qrupları müntəzəm döyüş hazırlığı…
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib “İNFONEWS” xəbər verir. Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə…
Türkiyədən PKK-ya ağır zərbə: 48 terrorçu məhv edildi
Türkiyədən PKK-ya ağır zərbə: 48 terrorçu məhv edildi “İNFONEWS” xəbər verir. Türkiyə ordusunun İraqın şimalındakı Qara bölgəsində…
ABŞ-da şəhər meri Xocalı faciəsinin anım günü ilə bağlı bəyanat qəbul etdi
ABŞ-da şəhər meri Xocalı faciəsinin anım günü ilə bağlı bəyanat qəbul etdi “İNFONEWS” xəbər verir. Florida…
“Qarabağa ermənilərin axını dayanacaq, Azərbaycan qanunları tətbiq olunacaq”
“Qarabağa ermənilərin axını dayanacaq, Azərbaycan qanunları tətbiq olunacaq” “İNFONEWS” “Modern.az” -a istinadən xəbər verir. Monitorinq qrupu…
Ukrayna parlamenti Vətən müharibəsi dövründə Azərbaycanın haqlı mövqeyini sonadək dəstəklədi
Ukrayna parlamenti Vətən müharibəsi dövründə Azərbaycanın haqlı mövqeyini sonadək dəstəklədi
“İNFONEWS” AZƏRTAC -a istinadən xəbər verir.
Ukrayna dövləti, xüsusilə bu ölkənin parlamenti 44 günlük Vətən müharibəsində Azərbaycanın haqlı mövqeyini sonadək dəstəklədi.
Bu fikri Ukrayna Ali Radasının sədrinin birinci müavini Ruslan Stefançukla görüşündə Azərbaycanın bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri Elmira Axundova söyləyib.
Göstərdikləri ədalətli dəstəyə görə Ukrayna parlamentinin rəhbərliyinə təşəkkürünü bildirən Elmira Axundova qeyd edib ki, Ruslan Stefançuk müharibənin ilk günündə beynəlxalq hüquq prinsiplərinə uyğun olaraq Azərbaycanın haqlı işini müdafiə edən bəyanat verib. Bu bəyanat Azərbaycanda rəğbətlə qarşılanıb.
Azərbaycan-Ukrayna parlamentlərarası dostluq qrupunun həmsədrləri Valeri Kolyux, Vladimir Kreydenko, qrupun üzvləri, həmçinin AŞPA-nın ukraynalı vitse-prezidenti Aleksandr Merejko 44 günlük Vətən müharibəsində Azərbaycanın yanında oldular, ölkəmizin haqq, ədalət mübarizəsini müdafiə etdilər.
– deyə səfir bildirib.
Səfir, həmçinin qeyd edib ki, artıq bir neçə ölkə Azərbaycanın işğaldan azad olunan ərazilərinin bərpası və yenidən qurulması işində iştirak niyyətlərini açıqlayıb.
“Ümid edirik ki, Ukrayna dövləti də bu işdə yaxından iştirak edəcək”, – deyə səfir vurğulayıb.
Azərbaycanın Ukraynanın strateji tərəfdaşı olduğunu xatırladan Ruslan Stefançuk öz növbəsində bildirib ki, iki ölkənin parlamentləri arasında da sıx, səmimi və dostluq münasibətləri mövcuddur. Bu münasibətlər getdikcə daha da inkişaf etdirilməlidir. Bu il ərzində qarşılıqlı səfərlərin həyata keçirilməsi olduqca önəmlidir. Ukrayna Prezidenti Vladimir Zelenskinin Ali Radada qanunvericilik məsələləri üzrə xüsusi nümayəndəsi olduğunu xatırladan Ruslan Stefançuk görüşdə səsləndirilən təklifləri Prezident Ofisinə təqdim edəcəyini söyləyib.