Qəbələdə 10 min manatlıq tütün məmulatları oğurusu saxlanılıb
“İNFONEWS” xəbər verir.
Qəbələ rayonunun Zarağan kəndində tütün məmulatlarının topdan satışı ilə məşğul olan mağazadan 10 min manat dəyərində müxtəlif markalı siqaretlərin oğurlanması barədə polis şöbəsinə müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildiriblər ki, müraciət əsasında Qəbələ və Zaqatala Rayon Polis şöbələri əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən Zaqatala şəhər sakini Tofiq Məmmədov saxlanılıb.
Həmin şəxs ifadəsində törətdiyi cinayət əməlini etiraf edib, oğurladığı siqaretləri Bakı və Sumqayıt şəhərlərində satdığını bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.