Muxtar respublikada əmək pensiyalarının maliyyələşdirilməsinə 78 milyon 28 min manat vəsait yönəldilib

Muxtar respublikada əmək pensiyalarının maliyyələşdirilməsinə 78 milyon 28 min manat vəsait yönəldilib


“İNFONEWS” xəbər verir.

2021-ci ilin ilk 5 ayı ərzində müvafiq orqan tərəfindən məcburi dövlət sosial sığorta haqlarının toplanması üzrə Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun xəzinə hesabına 46 milyon 19 min 800 manat vəsait daxil olub.

Muxtar respublikanın Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən  bildirilib ki, bu, proqnoz üzrə nəzərdə tutulmuş vəsaitdən 1 milyon 829 min 800 manat və ya 4,1 faiz çoxdur.

Qeyri-büdcə sektorundan məcburi dövlət sosial sığorta haqları üzrə daxilolma isə 11 milyon 240 min manatdan artıq olub.

Bu ilin ilk 5 ayı ərzində fondun büdcəsinin xərclər hissəsi 81 milyon 230 min 700 manat icra edilib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,7 milyon manat, yaxud 6,1 faiz çoxdur. 2021-ci ilin əvvəlində muxtar respublika üzrə 46 min 388 əmək pensiyaçısının pensiyalarının sığorta hissəsinin 11,4 faiz indeksasiya olunaraq artırılması əmək pensiyalarının maliyyələşdirilməsinə yönəldilən vəsaitin həcminin artmasına mühüm təsir göstərib. Belə ki, bu ilin 5 ayında əmək pensiyalarının maliyyələşdirilməsinə 78 milyon 27 min manat vəsait yönəldilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir