TƏBİB 6 ay sonra təkrar vaksinasiyası ilə bağlı açıqlama
“Həm xəstəlik keçirtmiş, həm də vaksin vurdurmuş şəxslərdə immunitet nə qədər olacaq bilinmir. Bu müddət 6 ay, 1 il və ömürlük də ola bilər”.
“İNFONEWS” APA-ya istinadən xəbər verir ki, bunu TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva “COVID-19 və peyvəndlər” mövzusunda çıxışında deyib.
O bildirib ki, xəstələnmiş və sağalmış şəxsin vaksin olunmasının bir ziyanı olmaz. N. Mustafayeva qeyd edib ki, hazırda vaksin vurulmuş şəxslərə 6 ay sonra yenidən vaksin vurdurulması ilə bağlı qərar yoxdur”.