“Dünyamızı sevgi və təhsil gözəlləşdirəcəkdir”

“Dünyamızı sevgi və təhsil gözəlləşdirəcəkdir”
“Dünyamızı sevgi və təhsil gözəlləşdirəcəkdir”

“Dünyamızı sevgi və təhsil gözəlləşdirəcəkdir”

“İNFONEWS”-un

“ÖZÜNDƏN SORUŞDUQ” rubrikasının qonağı “Mənə müəllimə deyə müraciət edin” deyən, müəllimlik peşəsinin vurğunu olan, ciddi layihələrin koordinatoru olmaqla yanaşı, ailəsini dəlicəsinə sevən bir ana Elif Selçukdur.

İNFONEWS: – Elif xanım, Sizi Azərbaycanda çox gözəl qarşılanan “The Value Of Woman and Gender  Equality e Twinning layihəniz haqqında eşitdik. Amma həm Sizi, həm də layihənizi daha da yaxından tanımaq istərdik. Özünüzü izləyicilərimizə təqdim edərdiniz.

Elif Selçuk: – İstanbulda dünyaya göz açmışam, əslən qarslıyam, ziyalı-pedaqoq ailəsində böyümüşəm. Həyatımın sonrakı dövrü Kayseri-Qars, Konya, Bitlis, Şanlıurfa, Denizlidə keçib.

İNFONEWS: – Elif xanım, belə görsənir ki, peşənizlə bağlı ehtirasınız ailənizdən qaynaqlanıb. Eləcə də, müxtəlif şəhər-bölgələrdə yaşamağınızla çox dəyərlər əldə etmisiniz.

Elif Selçuk: –   Atam mənim üçün hər zaman nümunə olub. Müxtəlif şəhərlər, fərqli mədəniyyətlər, fərqli baxışlar, məndə sevgi, hörmət, empatiya, həmçinin hadisələrə müxtəlif tərəflərdən yanaşmalar tərbiyə edib. Bu qazandıqlarım mənə həm şəxsi, həm də peşəkar iş həyatımda yardım edib.

İNFONEWS: – Zəhmət olmasa, “The Value Of Woman and Gender  Equality e Twinning” (“Qadın dəyəri və Gender bərabərliyi”) layihəsi haqqında məlumat verərdiniz.

Elif Selçuk: –   Əksərən həmişə hər şeyin başlanğıcı bir hadisədən irəli gəlir, məndə də eynisi oldu. Bitlis və Şanlıurfada işlədiyim bir sıra orta məktəblərdə qızların valideynləri tərəfindən dərsdən uzaqlaşdırılmasının, erkən yaşda ailə qurmalarının şahidi oldum. Hələ də uşaq sayılan qızların təkrar təhsilə qaytarılması, dərslərə davam etməsi, valideynlərini  razı salmaq üçün davamlı mübarizə apardım. Həm də o bölgələrin qadınlarından ürəkağrıdan ailə hekayələrini eşitdim. Gənc yaşlarında ailə qurmağa məcbur edilən, zorakılığa məruz qalan, çətin fiziki işlər görməyə məcbur edilən və ağır zəhmətlə qazanılan əmək haqqlarının ərləri tərəfindən ələ keçirilən qadınların müasir dövrümüzdə də çox olması, hətta artması məni çox kədərləndirirdi. Beləliklə, bu layihəyə pandemiya dövründə Türkiyə – Azərbaycan əməkdaşlığı çərçivəsində 12 müəllimlə start verdik. Məqsədimiz yetişən gənc nəslə gender bərabərliyi istiqamətdə maarifləndirmə təhsili vermək, ümumi təhsilə yardımçı olmaqdır.

İNFONEWS: – Azərbaycandakı işlər barədə nə deyə bilərsiniz?

Elif Selçuk: – Qeyd edə bilərəm ki, layihədə işlərimiz düşündüyümüzdən daha çox oldu; “həm öyrətdik, həm də özümüz öyrəndik” desəm, daha yerinə düşər. Layihə tərəfdaşları olaraq, Azərbaycanın bölgələrdə, kənd yerlərində yaşayan uşaqların həyatında yeni mərhələyə qədəm qoymağa yardım göstərmək və bu inkişafı izləmək çox sevindirici və təsirli idi. Eləcə də, onlara gender bərabərliyi təhsili verməklə yanaşı, rəqəmsal dünyaya açılmaq, zəruri ədəbiyyatın e-bazalar üzrə axtarışını öyrətmək, analitik düşünmə və xarici dil bacarıqları qazandırmağa köməkilik etdik. Bir sözlə, layihəmiz XXI əsrin bütün tələblərinə cavab verən təlim-tədris bacarıqlarını əhatə edir.

Ümumiyyətlə, belə bir nəticəyə gəlmək olar ki, təhsildəki problemlərin həlli biz – müəllimlərin əlindədir. Və… Dünyamızı sevgi və təhsil gözəlləşdirəcəkdir.

İNFONEWS: – Elif müəllimə, layihələrlə yanaşı könüllü olaraq, davamlı inkişaf hədəflərinə dair alt qruplar üçün workshoplar” da təşkil edirsiniz. Niyə bu mövzunu seçdiniz?

Elif Selçuk: – Dünya problemlərindən yetərincə məlumatlı olan, bəşəriyyətin inkişafına töhfə verəcək gəncləri seçib, dünya vətəndaşı yetişdirmək hər bir işini mükəmməl bilən pedaqoqun əsas vəzifələrindən sayılır. Qlobal miqyasda problemlərin həllində etik və insani dəyərləri özündə cəmləşdirən dəyişikliyi idarə etməyi bacaranlara ehtiyacın olmasının zəruriliyini pandemiya dövrü bir daha  sübut etdi. Çünki hamımız eyni qayıqdayıq.

İNFONEWS: – Bəli. Bu belədir.

Sonda, fürsətdən istiadə edib soruşmaq istərdik ki, Dünyamıza, xüsusilə də qadınlarımıza üz tutub, nə deyərdiniz?

Elif Selçuk: – Biz, fərd olaraq bütünün bir hissəsiyik, bu səbəbdən də gələcək nəsilləri düşünərək, kainatın xeyrinə işlər görməliyik və resurslar və mənbələrdən olduqca şüurlu şəkildə istifadə etməliyik.

Qızlara və qadınlar isə sözüm odur ki, heç nəyi gecikdirməyin, özünüzə, gücünüzə inanın. Özünüzə “Niyə də alınmasın? İnanıram – alınacaq!” söylədiyiniz andan uğura doğru ilk addım atmış sayılırsınız. Həmişə ümidini itirməyən insan xoşbəxt olur.

Sonda Elif müəllimə İNFONEWS komandasına öz dərin təşəkkürünü bildirib.

 

İNFONEWS komandası adından Azərbaycan-Türkiyə əməkdaşlığının genişlənməsi təməlində bir sıra maarifləndirmə layihələri ilə öz zəhmətini, əməiyini əsirgəməyən, gənc nəslin sağlam və xoşbəxt yetişməsində fədakar bir pedaqoq olan, könüllü dostluq, əməkdaşlıq istiqamətində bir könüllü kimi aktiv fəaliyyəti ilə nümunə olan Elif Selçuka təşəkkür edir, gördüyü işlərdə davamlı uğurlar arzulayırıq.

“Dünyamızı sevgi və təhsil gözəlləşdirəcəkdir”
“Dünyamızı sevgi və təhsil gözəlləşdirəcəkdir”
“Dünyamızı sevgi və təhsil gözəlləşdirəcəkdir”
“Dünyamızı sevgi və təhsil gözəlləşdirəcəkdir”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir