İQTİSADİ YAZILAR

“İNFONEWS” xəbər verir ki, #SıraSəndə layihəsi oxucu-izləyicilərinə İqtisadi yazılar” kitabını təqdim edir.

Əsərin müəllifi: Elşən Bağırzadə

Kitab 2020-ci ildə çapdan çıxıb.

Müəllifin bu əsəri “…ana dilimizdə məhdud olan iqtisadi mənbələrin zənginləşməsinə və ölkəmizdə iqtisad elminin populyarlaşmasına” gerçək bir töhfədir.

İqtisadi yazılar kitabından seçmələr:

  • Bir qədər obrazlı ifadə etsək, bu gün qumu yalnız tikinti materialı kimi istifadə edən təbii resurslara əsaslanan iqtisadiyyatlar yoxsul, qumu şüşə istehsalında istifadə edən sənayeləşmiş iqtisadiyyatlar orta gəlirli, qumu “çip” istehsalında (“çip”lər qumdan alınan silikondan hazırlanır) istifadə edən biliklərə əsaslanan iqtisadiyyatlar isə zəngin iqtisadiyyatlardır.
  • ABŞ-da dövlətin aldığı iqtisadi qərarlara zəngin təbəqə böyük təsir imkanına malikdir və təcrübə göstərir ki, alınan qərarlar da əsasən bu təbəqənin maraqlarına xidmət edir.
  • Orta təbəqədə nə yoxsulluğun ümidsizliyi, nə də zənginliyin ifrat rahatı olmadığından, bu təbəqə iqtisadi baxımdan çox dinamik olur və iqtisadiyyatın da dinamikliyini təmin edir. Onlar adətən çalışqandır və cəmiyyətin dəyişiklik agentləri kimi yeniliklərə və təkmilləşmələrə açıq olmaları ilə seçilirlər.

Hazırladı: Aslan Əzimzadə, UNEC

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir