Səhiyyə Nazirliyi vaksinasiya zamanı “Hell”-i reklam edir?
Azərbaycanda 16 saylı Şəhər Poliklinikasında koronavirusa qarşı peyvəndlərin enerji içkiləri üçün nəzərdə tutulan soyuducuda saxlanıldığına dair görüntülər yayılıb.
Sosial şəbəkələr vasitəsilə yayılan foto geniş müzakirələrə səbəb olub.
Məsələ barədə 16 saylı Şəhər Poliklinikası ilə əlaqə saxladıq.
Qurumdan bildirilib ki, vaksin məntəqlərinin və müraciət edənlərin sayı artdıqca peyvəndlərin saxlanılması üçün soyuduculara da ehtiyac yaranır:
“Özəl şirkətlər tərəfindən peyvəndlərin saxlanılmasına dəstək olunması məqsədilə xəstəxanalara soyuducular ianə olaraq verilib və vaksinasiya bitdikdən sonra şirkətə qaytarılacaq.
Məlumat üçün bildirək ki, soyuducu vaksinin saxlanılması üçün lazım olan 2-8 dərəcə temperaturu təmin edir və vaksinlər təhlükəsiz şəkildə saxlanılır”.
Qeyd edək ki, sözügedən soyuduculardan istifadə halı yalnız həmin tibb müəssisəsində deyil, bir neçə tibb müəssisəsində baş verir.